Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi (GTIN) üzrə İdarəetmə Normativi GS1-in Ümumi Tələblərində (GS1 General Specifications) qeyd olunub və qabaqcadan müəyyənləşdirilən hər hansı informasiyanın bərpa edilməsindən əvvəl təchizat şəbəkəsinin əhatə etdiyi hər hansı məntəqədə üzərinə qiymət qoyula biləcək, sifariş oluna biləcək və ya hesab-faktura əsasında müəyyənləşdirilə biləcək hər-hansı ticarət predmetini aydınlaşdırmaqla qlobal təchizat şəbəkəsi üsulunu təmin edir.
GTİN üzrə İdarəetmə Normativi açıq təchizat şəbəkələrində əmtəənin unikal identifikasiya ilə bağlı sənayenin əsaslı və düzgün qərarlar verməsini təmin etmək məqsədilə tərtib edilib. Bu normativ GS1 Qlobal Normativlərin İdarəedilməsi Prosesinə (GS1 Global Standards Management Process, GSMP) uyğun olaraq yaradılıb. GTIN üzrə İdarəetmə Normativinə tam olaraq cavab verməyi hədəfləyən səhifənin yaradılmasında əsas məqsəd bir çox dillərin təminatına, asan giriş əldə etmə və sadə naviqasiya sisteminə və mübadilə prosesinə nail olmaqdır. Qeyri-müəyyənlik və ya izahatla bağlı suallar yarandığı təqdirdə, GS1 normativlərinə istinad edilməlidir.