GS1®, Əqli Mülkiyyət Siyasəti əsasında, Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi üzrə İdarəetmə Normativini yaradan Fəaliyyət Qrupunun iştirakçılarından GS1 üzvlərinə Zəruri İddialara qarşı təmənnasız icazə sənədi və ya bərabər şərtlərə əsaslanaraq müvafiq icazə sənədini təqdim etmək barədə razılığa gəlməsini tələb etməklə əqli mülkiyyət ilə bağlı təzadı aradan qaldırmağa can atır. Bununla belə, müvafiq Tələblərin bir və daha artıq xüsusiyyətlərinin icra edilməsi ehtimalı Zəruri İddiaya daxil olmayan hər hansı patent və ya əqli mülkiyyət hüququnun predmeti ola bilər. Hər hansı patent və ya əqli mülkiyyət hüququ GS1-ə məxsus lisenziyalaşdırma öhdəlikləri daşımır. Eyni zamanda, GS1 Siyasəti əsasında icazə sənədlərinin təqdim edilməsi barədə verilən razılıq Fəaliyyət Qrupunun iştirakçıları olmayan üçüncü şəxslərin Əqli Mülkiyyət ilə bağlı hüquq və iddialarına şamil olunmur.
Müvafiq olaraq, GS1 Ümumi Tələblərə cavab vermək məqsədilə həyata keçirilən icra prosesini təkmilləşdirən təşkilata Ümumi Tələblər ilə bağlı şirkətin təkmilləşdirdiyi icra prosesini əhatə edə biləcək hər hansı patentlərin mövcud olub-olmamasını və patent və ya əqli mülkiyyət hüququ əsasında lisenziyanın zəruri olub-olmamasını müəyyənləşdirməli olduğu barədə tövsiyyə verir. Lisenziyanın zəruriliyi patent üzrə ekspertlər ilə məsləhətləşməklə təşkilat tərəfindən tərtib edilən xüsusi sistemin məlumatlarına uyğun olaraq müəyyənləşdirilməlidir.
Bu Sənəd Yüksək Tələbat, Əqli Mülkiyyətin Pozulması, Xüsusi Məqsədə uyğunluq ilə bağlı və ya müvafiq Ümumi Tələblər ilə bağlı hər hansı Zəmanət olmadan “Alqı-Satqı Əməliyyatlarını” təmin edir. Müvafiq məlumatın və ya bu sənədlə bağlı hər hansı məlumatın istifadə edilməsinə uyğun olaraq, GS1 bu Normativin tətbiq edilməsi və ya yanlış istifadə edilməsi ilə bağlı, xüsusi, dolayı və ya faktiki zərərlər üzrə heç bir öhdəlik daşımır.
GS1 və GS1 logotipi əmtəə nişanı kimi GS1 AISBL tərəfindən qeydiyyata alınıb.