GTIN qiymətləndirilə, sifariş oluna və ya hesab-fakturası təqdim edilə bilən hər hansı bir ticarət vahidinin identifikasiyası, təchizat zəncirinin istənilən nöqtəsində əmtəə haqqında informasiya əldə etmək üçün həllər təqdim edir. Ticarət predmetlərinin unikal identifikasiyası yüksək məhsuldarlığın və qlobal təchizat zəncirinin fasiləsiz işinin təmin edilməsində vacib rol oynayır. Beləliklə, təchizat zənciri üzrə bütün ortaqlar GTİN İdarəetmə Standartlarına əməl etməklə, xərcləri minimuma endirə bilərlər. Bu standart GSMP-yə (Qlobal Standartların İdarəetmə Prosesi) uyğun işlənib-hazırlanmışdır və GS1 Standartlar Sisteminin tərkib hissəsi hesab olunur.