Əmtəənin xassələri GTİN nömrəsi alan tərəfin qəbul etdiyi texniki şərtlər (məhsula dair standartlar) çərçivəsində dəyişdirilir.
Əmtəənin xassələrinin dəyişilməsi texniki şərtlər çərçivəsində baş verdiyinə görə, yeni GTİN nömrəsi tələb olunmur. Xassələri dəyişmiş əmtəələri fərqləndirmək üçün təchizatçının “Məhsulun variantı” (Aİ(20)) identifikatorundan istifadəsinə icazə verilir.
Qaydanın tətbiq edilməməsinin nəticəsi: əsassız olaraq yeni GTİN nömrələrinin verilməsi.