Böyuk ölçülü (böyük çəkili) ərzaq məhsulları (məhsul 5) POS sistemi vasitəsilə satış üçün nəzərdə tutulmadıqlarına görə, onlar mağazada doğranılaraq (porsiyalara bölünərək), qablaşdırılır (məhsul 6) və çəki ilə satılır. Bu səbəbdən sözügedən məhsulların ayrı-ayrı GTİN nömrələri olmalıdır. Ərzaq 1-ə indikatoru 9 olan GTİN-14 nömrəsi, Ərzaq 2-ə isə kassa terminalında oxuna bilinməsi üçün GTİN-12 və ya GTİN-13 verilməlidir.
Misal 1. Pendir kassa terminalında oxuna bilinməyən 9 indikatorlu GTİN-14 nömrəsi ilə sifariş olunur, bölünür və müxtəlif çəkili bağlamalarda delikates şöbəsində çəki ilə satılır. Bu halda kassa terminalı üçün nəzərdə tutulmuş yeni GTİN-12 və ya GTİN-13 tələb olunur.
Misal 2. Toyuq filesi kassa terminalında oxuna bilinməyən 9 indikatorlu GTİN-14 ilə sifariş olunur və sonradan müxtəlif ölçülü bağlamalara yerləşdirilərək, çəki ilə satılır. Bu halda kassa terminalı üçün nəzərdə tutulmuş yeni GTİN-12 və ya GTİN-13 tələb olunur.
Qaydanın tətbiq edilməməsinin nəticəsi kimi GTİN nömrəsinin verilməsi qeyri-dəqiq ola bilər.