Funksionallıq bir məhsulun dizaynı üçün xüsusi istifadə imkanı və ya imkanlarını nəzərdə tutur. Formul ticarət məhsulunu yaratmaq üçün istifadə olunan inqrediyentlər və ya komponentlərin siyahısı kimi müəyyən edilir. Qablaşdırmanın üzərində əks olunmuş tərkib və ya funksionallıq haqqında informasiyada istehlakçının və ya təchizat zənciri üzrə ticarət tərəfdaşlarının görə biləcəyi hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə yeni GTİN nömrəsinin ayrılmasına zərurət yaranır.