Xalis çəki xam məhsulun ağırlığına aiddir və məhsulların qablaşdırılmasının və ya qabın çəkisini əhatə etmir. İstehlak olunan, qablaşmanın içindəki məhsulun xalis çəkisinin, həcminin, sayının, miqdarının və s. etiketdə göstərilməsi nəzərdə tutulur. Qanunun tələblərinə uyğun etiketdə əks olunmuş və xalis çəki məlumatlarına edilən istənilən dəyişiklik (artma və ya azalma) yeni GTIN ayrılmasını tələb edir.
Bu tələb yalnız istehlakçını məlumalandırmaq üçün dərc edilən, qiymət siyasəti, normativ qərarlar və brendin istismarı ilə heç bir əlaqəsi olmayan marketinq elanları və təkliflərinə aid deyil. Misal üçün, tövsiyə edilən porsiyanın həcmi.