Tənzimləmə orqanları, ticarət tərəfdaşları və ya son istehlakçılar üçün vacib olan Sertifikatlaşdırma nişanının (Halal, UL, CE) əlavə olunması və yaxud mövcud nişanın çıxarılması məqsədilə qablaşdırmada aparılan dəyişiklik yeni GTİN nömrəsinin təyin edilməsini tələb edir.
“Halal” və ya “Koşer” sertifikatlaşdırma nişanının məhsulun qablaşdırmasından çıxarılması.
“ORQANİK” sertifikatlaşdırma nişanının çıxarılması.
Sertifikatlaşdırma nişanı məhsulun tərkibinin, xammal tədarükü üsulunun və istehsal prosesinin bütün standartlara uyğun olmasını göstərən, dövlət və ya özəl sertifikatlaşdırma təşkilatları tərəfindən təsdiq edilə bilən simvol, loqo və ya mətndir (məsələn, Avropa Sertifikatlaşdırma Nişanı).