Release 3.0.2, Ratified, Avqust 2022
Qlobal Yerləşmə Nömrəsi (GLN) Qaydaları Standartı
GLN Paylanma Qaydaları Standartı və GLN İdarəetmə Qaydaları
Contents
- 1.1 Əsas Prinsiplər
- 1.2 Dəyişikliklə müqayisədə yeni tərəfin/mək...
- 1.3 GS1 standartları və qanunvericiliyə/tənz...
- 1.4 GLN İdarəetmə Qaydaları və paylanma ilə ...
- 1.5 Dal Giardino
- 2.1 GLN-dən istifadə
- 2.2 Tərəfin/məkanın tək və ya birləşməsini m...
- 2.3 GLN dəyişikliyinin digər GLN-lərə təsiri
- 3.1 Yeni tərəfin/məkanın daxil edilməsi
- 3.2 Tərəf/məkan bölgüsü
- 3.3 Tərəf/məkan birləşməsi
- 3.4 Tərəfin /məkanın istifadə məqsədinin dəy...
- 3.5 Tərəfin/məkanın ünvanında dəyişiklik
- 3.6 Tərəfin/məkanın adının dəyişdirilməsi
- 3.7 Maliyyə dəyişikliyi
- 3.8 Əlaqənin dəyişməsi
1 Giriş
Qlobal Yerləşmə Nömrəsi (GLN), biznes əməliyyatlarında iştirak edən tərəfləri və məkanları unikal şəkildə müəyyənləşdirməklə qlobal tədarük zənciri üçün zəruri həlli təmin edir.
GLN Paylanma Qaydaları Standartı və tərkibindəki GLN İdarəetmə Qaydaları, sənayenin açıq tədarük zəncirlərindəki tərəflərin və məkanların unikal identifikasiyası ilə bağlı razılaşdırılmış qərarlar qəbul etməsinə köməklik məqsədilə hazırlanmışdır. Bu standart GS1 Qlobal Standartların İdarə Edilməsi Prosesinə (GSMP) müvafiq olaraq hazırlanmışdır və GS1 Standartlar Sisteminin bir hissəsi hesab olunur. Ümumiyyətlə, tədarük zəncirindəki bütün tərəfdaşlar GLN Paylanma Qaydaları Standartına riayət etdikdə, xərclər minimuma endirilir.
Unikal identifikasiya, biznes tərəfdaşlarının ardıcıl məlumat mübadiləsində etibar etdikləri əməliyyat səmərəliliyinin qorunmasının və qlobal tədarük zəncirlərinin düzgün və rentabelli işləməsinin təmin edilməsi üçün çox vacibdir. Daha aydın şəkildə, tərəflərin və yerlərin unikal identifikasiyası səmərəli logistika əməliyyatları, izləmə proqramları, geri çağırmaya hazırlıq və s.üçün çox əhəmiyyətlidir. Tərəflər və məkanlar haqqında dəqiq və ən son məlumatların biznes tərəfdaşlarına asanlıqla ötürülə bilməsi istifadə vəziyyətindən asılı olmayaraq iş şəraitində "kim" və "harada" suallarına etibarlı cavab almağa imkan verəcək.
GLN standartları və tövsiyələri barədə ətraflı məlumat üçün aşağıdakılara istinad edin:
■ GS1 Ümumi Spesifikasiyalarında hansı tərəfin GLN-ləri ayırdığı, GLN-in təkrar istifadə edilməməsi, GS1 Tətbiqetmə İdentifikatorları, GLN-in GS1 barkodlarında necə kodlanması və tətbiq edilmə standartlarına dair ətraflı məlumat mövcuddur.
■ GS1 Rəqəmsal Link Standartları onlayn məlumatlara və xidmətlərə keçid linkləri üçün veb ünvanlarında GLN-in ardıcıl təqdim edilməsini asanlaşdıran texniki standartları təmin edir.
■ EPC Teq Məlumatları Standartı GLN-nin Elektron Məhsul Kodu (Electronic Product Code™) və RFID etiketləri ilə birgə necə istifadə edildiyini müəyyən edir.
■ Core Business Vocabulary (Əsas Biznes Lüğəti) Standartı lüğətlərin quruluşunu və GS1 EPCIS standartı ilə birlikdə istifadə ediləcək xüsusi GLN dəyərlərini müəyyən edir.
■ GS1 Web Vocabulary Standard (GS1 Veb Lüğəti) schema.org tərəfindən görülən işi genişləndirmək üçün nəzərdə tutulmuşdur və oxşar anlayışlardan (yəni, Məkan, Təşkilat) istifadə edərək, onları daha çox təfərrüatlı xüsusiyyətlərlə genişləndirir.
■ Healthcare GLN Implementation Guideline (GLN-nin Səhiyyədə Tətbiqi Təlimatında) GLN-nin səhiyyədə istifadə edilməsini nəzərdə tutanlar üçün tətbiqetmə qaydaları mövcuddur.
1.1 Əsas Prinsiplər
1.2 Dəyişikliklə müqayisədə yeni tərəfin/məkanın müəyyənləşdirilməsi
1.3 GS1 standartları və qanunvericiliyə/tənzimləyici normalara uyğunluq
1.4 GLN İdarəetmə Qaydaları və paylanma ilə bağlı qərarın verilməsi
1.5 Dal Giardino
GLN İdarəetmə Qaydaları, xüsusilə bir tərəfin və ya məkanın ilk dəfə müəyyənləşdirilməsinə ehtiyac olduqda və ya mövcud tərəflə və ya məkanla əlaqəli əvvəlcədən müəyyən edilmiş məlumatlar dəyişdirildikdə, biznes üçün işgüzar dəyər yaratmaq üçün vahid sənaye standartını təmin edir. GLN paylanma strategiyasının hazırlanması və ya mövcud tərəf və ya məkanla bağlı dəyişiklik edilməsi zamanı aşağıdakı təlimatlandırıcı prinsiplər nəzərə alınmalıdır:
■ Maraqlı tərəfin (məsələn, səhiyyə təşkilatları, istehlakçılar, pasiyentlər, tənzimləyici orqanlar və/və ya ticarət tərəfdaşları) dəyişdirilmiş və ya yeni tərəfi/məkanı əvvəlki/cari tərəfdən /məkandan fərqləndirmək zərurəti yaranır?
■ Maraqlı tərəfin məsuliyyətinin açıqlanması üçün normativ tələb varmı?
■ Bu, tədarük zəncirinə (məsələn, məhsulun haraya (və ya kimdən/kimə) göndərilməsinə, saxlanılmasına və/və ya qəbul edilməsinə) əhəmiyyətli təsir göstərirmi?
Yeni GLN-nin ayrılmasını tələb etmək üçün bu əsas təlimatlandırıcı prinsiplərdən azı biri tətbiq olunmalıdır.
Tərəf və məkanın müəyyənləşdirilməsi ilə bağlı qərarlar qəbul edərkən, mövcud GLN tərəfindən müəyyən edilən tərəfə və ya məkana edilən dəyişikliyin yeni GLN ilə arasındakı fərqləri anlamaq vacibdir.
■ Yeni: yeni tərəf və ya məkan artıq mövcud olana əlavə kimi qəbul edilir və ona GLN ayrılır. GLN İdarəetmə Qaydalarına əsasən, yeni tərəf və ya məkan tələb olunarsa, onu mövcud hər hansı tərəf və ya məkandan dəqiq ayırmaq üçün yeni bir GLN təyin EDİLMƏLİDİR (məsələn, yeni bir hüquqi şəxs yaradıldıqda).
■ Dəyişiklik: Dəyişiklik, əvvəlcədən mövcud olan bir tərəflə və ya GLN ilə artıq müəyyən edilmiş məkanla əlaqəli məlumatların yenilənməsini nəzərdə tutur. GLN İdarəetmə Qaydaları, mövcud tərəfin və ya məkanın müəyyən atributlarının dəyişdirilməsi hallarında yeni bir GLN-in nə zaman tələb olunacağını müəyyənləşdirir (məsələn, mövcud mağaza başqa şəhərə köçür).
Qeyd: Bütün dəyişikliklər GLN İdarəetmə Qaydalarına uyğun yeni GLN-in alınmasını tələb etmir.
■ İstifadənin dayandırılması: Tərəf və ya məkanın artıq aktiv şəkildə istifadə edilməsinə ehtiyac duymadıqda, müvafiq GLN deaktiv ediləcək. GLN İdarəetmə Qaydaları, tərəfin və ya məkanın dəyişdirilməsinin GLN-in istifadəsini nə vaxt dayandıracağını müəyyənləşdirir (məsələn, distribütor mərkəzi həmişəlik bağlandıqda).
□ GS1 İstifadəçi Prefiksi və ya GS1 fərdi identifikasiya açarının lisenziyalaşdırma statusu ilə bağlı yenilənmələr GLN İdarəetmə Qaydaları ilə əlaqəli deyil və GS1 Ümumi Spesifikasiyalarının 1.6. Paylanma bölməsinə əsasən QİYMƏTLƏNDİRİLMƏLİDİR.
GLN İdarəetmə Qaydaları minimum tələblər irəli sürür. Onu da yadda saxlamaq lazımdır ki, bazar mühitinizdə riayət edilməli olan daha sərt tənzimləyici qaydalar OLA BİLƏR və bunlara riayət edilməlidir. Bütün yerli hüquqi və tənzimləyici tələblər GLN İdarəetmə Standartını əvəz edir və tərəfdaşlıq müqavilələrinə, qeydlərin saxlanmasına və digər biznes tələblərinə əsasən onlar əlavə olaraq nəzərdən keçirilə bilər.
GLN İdarəetmə Qaydaları sənayenin qəbul etdiyi minimum GLN dəyişikliklərini əks etdirir. GLN-i paylayan və idarə edən şəxslər GLN-ni öz ehtiyaclarına, eləcə də öz maraqlı tərəflərinin (məsələn, səhiyyə təşkilatları, istehlakçılar, pasiyentlər, tənzimləyici orqanlar və/və ya ticarət tərəfdaşları) ehtiyaclarına əsaslanaraq və bölmədə müəyyən edilmiş təlimatları nəzərə alaraq münasib bildikləri aralıqlarda dəyişə bilərlər 1.1.
Bu standart 'Dal Giardino' ticarət brendindən istifadəni nəzərdə tutur. Tamamilə uydurma brend adıdır. Əvvəlcə GS1 Mobile Ready Hero Images Bələdçisinin tərtibatının dəstəklənməsi üçün SGK/Schawk tərəfindən yaradılıb və burada yalnız nümunə məqsədilə yenidən istifadə edilib.
2 Ümumi
2.1 GLN-dən istifadə
2.2 Tərəfin/məkanın tək və ya birləşməsini müəyyən etmək üçün GLN-dən istifadə
2.3 GLN dəyişikliyinin digər GLN-lərə təsiri
GLN-lər vasitəsilə müəyyən edilə bilən çoxsaylı tərəflər və məkanlar mövcuddur. Təkcə bir GLN-dən bir tərəfi və ya məkanı və ya hər ikisinin kombinasiyasını müəyyən etmək üçün istifadə edilə bilər. Bir tərəfi və/və ya məkanı digərindən ayırmaq lazım gələrsə, bunun üçün ayrıca bir unikal GLN təyin edilməlidir.
Nümunə:
■ GLN A, Dal Giardino-nu hüquqi şəxs, Dal Giardino-nun korporativ qərargahını isə fiziki məkan kimi müəyyən edir; və ya
■ GLN A, Dal Giardino-nu hüquqi şəxs, GLN B isə Dal Giardino-nun korporativ qərargahını fiziki məkan kimi müəyyən edir.
Ətraflı məlumat üçün 2.2bölməsinə baxın.
2.1.1 Tərəfin identifikasiyası
Tərəf bizneslə əlaqəli əməliyyatda təmsil edilməli olan hüquqi şəxs kimi müəyyən edilir. Tərəfi müəyyənləşdirən GLN identifikatoru, GS1 standartlarının tətbiq edildiyi istifadə ssenarisində "kimin" iştirak etməsi sualına cavab verir. Bu, ssenaridə kimin əməliyyat apardığını müəyyən edən hüquqi şəxs və ya funksiya ola bilər.
Hüquqi şəxs, qanun qarşısında səlahiyyəti olan və müqavilə və ya saziş bağlamaq hüququ olan hər hansı müəssisə, dövlət orqanı, idarə, xeyriyyə təşkilatı və ya qurumdur.
Funksiya, təşkilat tərəfindən müəyyən edilmiş konkret tapşırıqların icrasından asılı olaraq ən çox seqmentlərə ayrılan təşkilati bölmə və ya şöbədir.
Şəkil 2‑1 Tərəf ilə bağlı nümunələr
2.1.2 Məkanın identifikasiyası
GLN-in məkan identifikatoru nəyin əvvəl "harada" olduğu, indi harada olması və ya harada olacağı sualına cavab vermək üçün məkanın təyin edilməsi məqsədilə istifadə olunur. Məkan xüsusiyyəti etibarilə həm fiziki, həm də rəqəmsal ola bilər.
Fiziki məkan ünvan, koordinatlar və ya digər vasitələrlə təmsil oluna bilən həqiqi yerdir. Başqa bir fiziki məkanın daxilində olan fiziki məkan üçün onun öz GLN-i təyin edilə bilər.
Rəqəmsal məkan kompüter sistemləri arasında əlaqə yaratmaq üçün istifadə olunan elektron (fiziki olmayan) ünvandır.
Şəkil 2‑2 Məkan ilə bağlı nümunələr
2.1.2.1 Sub-məkanın identifikasiyası
Təşkilatdan asılı olaraq, sub-məkanlar GLN və ya GLN genişləndirmə komponenti olan GLN vasitəsilə müəyyən edilə bilər.
GLN açıq dəyər zəncirlərində istifadə edildikdə icbari məkan və sub-məkan identifikatoruna çevrilir. GLN genişləndirmə komponenti olan GLN, istifadə olunan standart GLN genişləndirmə komponentini dəstəkləyirsə, iki və ya daha çox tərəf arasında qarşılıqlı razılıq üzrə dəyişdirilə bilər. Bu o deməkdir ki, şirkətlər daxili sistemlərinin və GLN genişləndirmə komponentləri ilə qarşılıqlı əlaqəsi gözlənilən xarici sistemlərin GLN tərəfindən təyin olunan fiziki məkanla əlaqəli məlumatları və GLN genişləndirmə komponenti tərəfindən təyin olunan sub-məkanı uyğun vasitələrlə əldə oluna və emal edilə biləcəyini təsdiqləməlidirlər.
Sub-məkanları müəyyənləşdirmək üçün GLN-ə keçidin açıq dəyər zəncirində və ya gələcəkdə sub-məkanların qismən əldə edilməsi hallarında istifadəsi icbaridir.
Vacib: GLN genişləndirmə komponenti yalnız fiziki məkanı müəyyən edən GLN ilə birlikdə istifadə EDİLMƏLİDİR. Tərəfi müəyyən etmək və ayrıca olaraq məkanı müəyyən etmək üçün təkcə bir GLN-dən istifadə olunsa da, GLN genişləndirmə komponenti yalnız fiziki məkan ilə ƏLAQƏLƏNDİRİLMƏLİDİR.
Şəkil 2‑3 Sub-məkanın identifikasiyası ilə bağlı nümunə
* EC, Şəkil 2‑3-də GLN genişləndirilməsi komponentini təmsil etmək üçün istifadə olunur
Təkcə bir GLN-dən tərəfi, məkanı və ya hər ikisinin kombinasiyasını müəyyən etmək üçün istifadə edilə bilər. GLN-in müəyyən etdiyi hər şey hansı məlumatın GLN ilə əlaqəli olduğunu, GLN-in necə paylaşıla biləcəyini və GLN İdarəetmə Qaydalarının necə tətbiq olunduğunu müəyyən edəcək.
Vacib: Tərəflərin və/və ya məkanların kombinasiyasını müəyyən etmək üçün təkcə bir GLN-dən istifadə edildikdə, bütün müəyyən edilmiş tərəflərə və məkanlara tətbiq olunan GLN İdarəetmə Qaydaları tətbiq EDİLMƏLİDİR.
Nümunə: Hüquqi şəxsin və fiziki məkanın müəyyənləşdirilməsi və onlar haqqında məlumat mübadiləsi üçün təkcə bir GLN-dən istifadə olunursa, ya tərəfə, ya da məkana xas olan qaydalar GLN-in dəyişməsinə səbəb ola bilər.
2.2.1 GLN-dən bir tərəfi və ya bir məkanı müəyyən etmək üçün istifadə edilməsi
Tərəflər və məkanlar üçün istifadə halları mürəkkəb ola və üst-üstə düşən elementləri ehtiva edə bilər. Təkcə bir GLN bir tərəfi və ya məkanı müəyyən etdikdə, xüsusi istifadə ssenariləri tərəfindən tələb olunan hər hansı kombinasiyada, üst-üstə düşmədən və ya təkrarlanmadan birdən çox GLN-dən istifadə edilə bilər. Təşkilat genişləndikcə əlavə tərəflərə və məkanlara yeni GLN-lər verilə bilər. Bir tərəf və ya məkan fəaliyyətini dayandırarsa, digər GLN-lər üçün minimal nəticələrlə istifadədən çıxarıla bilər, çünki GLN ilə əlaqəli məlumatlar müstəqil fəaliyyət göstərmək üçün hazırlanır.
Bəzi şirkətlər aşağıdakı istifadə ssenarilərini qarşılamaq üçün daha çox GLN yaratmalı ola bilər:
■ Büdcə və inzibati məqsədlər üçün ayrı-ayrı şöbələrin (funksiyaların) müəyyənləşdirilməsi;
■ Müəssisə daxilində bir neçə çatdırılma yerinin müəyyənləşdirilməsi;
■ Tənzimləyici normalara və istehlakçı tələblərinə cavab verən istehsal müəssisələrinin müəyyənləşdirilməsi;
■ Saxlama, çatdırılma və emal məkanlarının identifikasiyası və barkodlanması
■ Pasiyentlərin harada və nə vaxt müalicə olunduğunu, məhsulların hara köçürüldüyünü və ya digər əməliyyatların harada baş verdiyini izləmək üçün ayrı-ayrı otaqların müəyyənləşdirilməsi.
Bir tərəfi və ya bir məkanı müəyyən etmək üçün GLN-dən istifadə edilməsi tərəflərin və məkanların kombinasiyasını müəyyən etmək üçün daha mürəkkəb olan istifadə ssenarilərini dəstəkləyə bilər.
Hər bir şöbəni və otağı ayrı-ayrılıqda müəyyənləşdirmək üçün unikal GLN identifikatorlarından istifadə edildikdə, tərəflər məkanlarını dəyişdirdikdə və ya yeni bir GLN əlavə edildikdə GLN dəyişikliklərinə ehtiyac olmur.
Nümunə:
Əgər İT şöbəsi (GLN A) Otaq 1-də (GLN C) işləyirsə, lakin başqa bir yerdə (GLN E) işləməyi vacibdirsə, GLN A-nı dəyişdirməyə ehtiyac yoxdur, çünki istifadə ssenarisinə əsasən fiziki məkanı müəyyənləşdirən GLN-ə qoşula bilər. Bu, başqa bir tərəfi və ya məkanı tanımayan GLN ilə müəyyən edilən hər hansı bir funksiyaya aiddir. Tərəfləri müəyyən edən GLN-lər müstəqil olaraq mövcud olduqları üçün lazım olduqda məkanı müəyyən edən sərbəst GLN-lərlə əlaqələndirilə bilər. Bu nümunə bir funksiyanın yerdəyişməsi və ya bir funksiyanın bir neçə fiziki məkanı tutması nəticəsində yarana bilər.
Şəkil2‑4 GLN münasibətləri ilə bağlı nümunə
2.2.2 Tərəf/məkan kombinasiyasını müəyyən etmək üçün eyni GLN-dən istifadə
Hər hansı bir hüquqi şəxsin, funksiyanın və ya məkanın ayrıca identifikasiyası tələb olunduqda, ayrıca GLN AYRILMALIDIR. Tək bir GLN hüquqi şəxsin, funksiyanın, fiziki məkanın və/və ya rəqəmsal məkanın kombinasiyasını müəyyən etmək üçün istifadə edilə bilər. Bu o deməkdir ki, GLN aşağıdakılar üçün ayrıla BİLƏR:
■ bir hüquqi şəxs və/və ya
■ bir funksiya və/və ya
■ bir fiziki yer və/və ya
■ bir rəqəmsal məkan
Hüquqi şəxsin, funksiyanın, fiziki yerin və/və ya rəqəmsal məkanın kombinasiyasını eyni vaxtda müəyyən etmək üçün təkcə bir GLN-dən istifadə edildikdə, GLN ilə müəyyən edilmiş fərdi tərəf və ya məkanla əlaqəli bütün standartlar və qaydalar tətbiq edilməlidir. Buraya paylanma və idarəetmə qaydaları daxildir, lakin siyahı bunlarla məhdudlaşmır.
Məhdud identifikasiya tələbləri olan şirkətlər eyni vaxtda bir hüquqi şəxsi, funksiyanı, fiziki və/və ya rəqəmsal məkanı müəyyən etmək üçün təkcə bir GLN identifikasiya nömrəsindən uğurla istifadə edə bilərlər. Bu GLN paylanması metodundan istifadə edən şirkətlər, biznes tələbatları səbəbindən və ya istifadə ssenariləri üçün daha mürəkkəb tələbləri ödəməyə çalışdıqda problemlərlə qarşılaşa bilərlər.
Nümunə 1:
Dal Giardino, təşkilatını hüquqi şəxs kimi müəyyənləşdirmək üçün GLN A identifikasiya nömrəsini ayırdı. GLN A-nın həm də fiziki məkan kimi təyin olunan Risotto Drive ünvanı da mövcuddur. Dal Giardino yalnız bu məkanda fəaliyyət göstərir. Artıq tərəfin və ya məkanın müəyyən edilməsinə ehtiyac yoxdur. Bu paylanma metodu, GLN A-nın Dal Giardino və / və ya Risotto Drive məkanı ilə əlaqəli tərəfləri və / və ya məkanları istifadə ssenariləri üzrə müəyyən etməsinə imkan yaradacaq.
Şəkil 2‑5 GLN-in tərəfi və ya məkanı müəyyən etməsinə dair nümunə
Nümunə 2:
Şirkət genişləndikcə və təşkilat daxilində əlavə tərəfləri və məkanları müəyyən etməyə başladıqca, dublikatların və üst-üstə düşən məlumatların qarşısının alınması üçün əlavə GLN-lər tələb OLUNACAQ. Şəkil 2‑6-da, Dal Giardino, öz hüquqi şəxsindən ayrı olmaqla, GLN B-ni İT şöbəsini unikal şəkildə müəyyənləşdirmək üçün ayırdı.
Şəkil 2‑6 GLN identifikasiyasının genişləndirilməsinə dair nümunə
Vacib: Bir neçə GLN-ə təsir edə biləcək dəyişiklik baş verərsə, təsirə məruz qalmış bütün GLN-lər GLN İdarəetmə Qaydalarına əsasən müstəqil olaraq qiymətləndirilməlidir (məsələn, birləşmə və ya ayrılma) GS1 İstifadəçi Prefiksindəki və ya GS1 fərdi identifikasiya açarının lisenziya statusundakı digər dəyişikliklər GS1 Ümumi Spesifikasiyalarının 1.6- Paylanma bölməsinə müvafiq olaraq qiymətləndirilməlidir. GS1 İstifadəçi Prefiksi və ya GS1 fərdi açar lisenziyaları ilə bağlı ətraflı məlumat üçün GS1 üzv təşkilatlarına müraciət edilməlidir.
Nümunə 1:
GS1 Garden Şirkəti öz hüquqi şəxsini ləğv etdi və sonra başqa bir qurum daxilində yeni bir hüquqi şəxs yaratdı. Nəticədə, onun hüquqi şəxsinin GLN-i dəyişməlidir. Yeni yaradılan hüquqi şəxsə yeni GLN identifikasiya nömrəsi verildi. GS1 Garden Şirkəti tərəfindən istifadə edilən əvvəllər mövcud olan bütün GLN-lər Dal Giardino-nu hüquqi şəxs kimi müəyyən edən yeni GLN ilə əlaqələndirilir. Əvvəlcədən mövcud olan GLN-lərin ləğv edilməsinə və dəyişdirilməsinə ehtiyac yoxdur.
Şəkil 2‑7 GLN-in yenilənməsi.Nümunə 1
Nümunə 2:
Şirkətə üç GLN ayrılır: GLN A hüquqi şəxsi, GLN B anbarı, GLN C isə mühasibatlıq şöbəsini müəyyənləşdirir.
Şirkət onlardan GLN B-ni dəyişdirmələrini tələb edən dəyişikliklər həyata keçirdi. GS1 prefiksinin lisenziyasında heç bir dəyişiklik baş vermədi. GLN A və GLN C eyni qaldılar, çünki dəyişikliklər yalnız GLN B-yə təsir göstərdi.
Şəkil 2‑8 GLN-in yenilənməsi.Nümunə 2
2.3.1 GLN genişləndirmə komponentinə təsir
GLN genişləndirmə komponentləri yalnız fiziki məkanı müəyyən edən GLN ilə əlaqəli olduqda əhəmiyyət kəsb edir. GLN genişləndirmə komponenti yalnız təşkilat daxilində və ya tərəfdaşlar arasında qarşılıqlı razılaşma yolu ilə fiziki yeri müəyyən edən GLN məkanında və ya daxilində sub-məkanı müəyyən etmək üçün istifadə edilməlidir. Ətraflı məlumat üçün 2.1.2.1bölməsinə baxın. GLN dayandırılması avtomatik olaraq GLN genişlənməsinin müvafiq komponent(lər)ini dayandırır. GLN genişlənməsinin dayandırılmış komponenti ilə əlaqəli sub-məkanı yeni bir fiziki məkan daxilində müəyyənləşdirmək lazım olduqda, yeni bir GLN təyin etməli və ya o yeni GLN ilə yenidən əlaqələndirilməlidir.
Nümunə:
GLN H, fiziki məkanını dəyişdirən binanın yenidən inşa edilməsi nəticəsində dayandırıldı. Nəticədə, GLN H ilə əlaqəli GLN genişlənmə komponentləri də deaktiv edildi. Boş xanalar yeni məkan üçün aktual olaraq qaldı, buna görə GLN genişləndirmə komponentləri GLN K ilə əlaqələndirildi.
Şəkil 2‑9 GLN və GLN genişlənmə komponentlərinin yenilənməsi
* EC, GLN idarəetmə qaydalarında GLN genişləndirmə komponentini təmsil etmək üçün istifadə olunur Şəkil 2‑9
3 GLN İdarəetmə Qaydaları
Bu bölmə yeni bir tərəfin/məkanın təyin edilməsi və ya mövcud tərəfin/məkanın dəyişdirilməsi nəticəsində GLN-nin nə vaxt təyin edilməli olduğunu ətraflı izah edir.
GLN-nin dəyişdirilib-dəyişdirilməməsi barədə son qərar qəbul edildikdə bütün GLN İdarəetmə Qaydaları və əsas təlimatları nəzərə alınmalıdır.
Qeyd: GLN İdarəetmə Qaydaları, biznes davamiyyəti təcrübəsi nəticəsində baş verən dəyişikliklərə tətbiq olunur.
3.1 Yeni tərəfin/məkanın daxil edilməsi
3.2 Tərəf/məkan bölgüsü
3.3 Tərəf/məkan birləşməsi
3.4 Tərəfin /məkanın istifadə məqsədinin dəyişdirilməsi
3.5 Tərəfin/məkanın ünvanında dəyişiklik
3.6 Tərəfin/məkanın adının dəyişdirilməsi
3.7 Maliyyə dəyişikliyi
3.8 Əlaqənin dəyişməsi
Yeni tərəf və ya məkan artıq mövcud olanlara əlavə kimi hesab olunur və onlara GLN verilir.
Biznes əməliyyatlarında iştirak edəcək yeni tərəf və/və ya məkan əlavə edildikdə, onlara yeni GLN təyin edilməlidir.
■ Yeni hüquqi şəxsin identifikasiyası
□ Yeni GLN: Ticarət əməliyyatları ilə məşğul olacaq yeni hüquqi şəxs əlavə edildikdə, ona yeni GLN verilməlidir.
■ Yeni funksiyanın identifikasiyası
□ Yeni GLN: biznes əməliyyatlarında iştirak edəcək yeni funksiya əlavə edildikdə, biznes əməliyyatlarında digər funksiyalardan fərqləndirmək lazımdırsa, ona yeni GLN təyin edilməlidir.
■ Yeni fiziki məkanın identifikasiyası
□ Yeni GLN: biznes əməliyyatlarında iştirak edəcək yeni fiziki məkan əlavə edildikdə, ona yeni GLN təyin edilməlidir.
■ Yeni rəqəmsal məkanın identifikasiyası
□ Yeni GLN: biznes əməliyyatlarında iştirak edəcək yeni rəqəmsal məkan əlavə edildikdə, ona yeni GLN təyin edilməlidir.
Müvafiq əsas təlimatlar
Bu cədvəldə GLN istifadə edildikdə yeni bir hüquqi şəxsin, funksiyanın, fiziki məkanın və ya rəqəmsal məkanın müəyyənləşdirilməsi ilə bağlı təsirə məruz qalacaq əsas prinsiplər təqdim olunur. Əlavə təlimatlara təsir edə biləcək və yeni GLN-in verilməsini tələb edəcək unikal ssenarilər yarana bilər. Daha ətraflı məlumat üçün 1.1bölməsinə baxın.
Şəkil 3‑1 Yeni tərəfin/məkanın daxil edilməsi üçün müvafiq təlimatlar
| Maraqlı tərəf dəyişdirilmiş və ya yeni tərəfi/məkanı əvvəlki/cari tərəfdən/məkandan fərqləndirməlidirmi? | Maraqlı tərəfin məsuliyyətinin açıqlanması üçün normativ tələb varmı? | Bu tədarük zəncirinə əhəmiyyətli dərəcədə təsir göstərirmi? |
Hüquqi şəxs | BƏLİ | BƏLİ |
|
Funksiya | BƏLİ | BƏLİ |
|
Fiziki məkan* | BƏLİ | BƏLİ | BƏLİ |
Rəqəmsal məkan | BƏLİ | BƏLİ |
|
*Fiziki məkanları təyin edən GLN-lərin dayandırılması və ya əvəz edilməsi bütün mövcud GLN-nin genişləndirilmə komponentlərinə təsir edəcəkdir. Daha ətraflı məlumat üçün 2.3.1bölməsinə baxın.
Bölgü, bir GLN tərəfindən müəyyən edilən tərəf/məkan iki və ya daha çox tərəfə/məkana bölündükdə baş verir. Buraya tək bir tərəfin və ya məkanın birdən çox tərəfə və ya məkana bölünməsi və ya yalnız bir tərəfi/ məkanı təmsil etmək üçün paylaşılan bir tərəf/məkan kombinasiyasını müəyyən edən GLN daxil ola bilər.
Tərəf və ya məkan birdən çox tərəfə/məkana bölündükdə, şirkətin GS1 İstifadəçi Prefiksindən və ya fərdi olaraq lisenziyalı GLN-dən istifadə etmək səlahiyyəti verildiyi təqdirdə mövcud GLN saxlanıla bilər.
Orijinal GLN-ni saxlamayan və ayrılma nəticəsində yaranan hər hansı bir tərəf/məkan yeni olaraq təsnif ediləcək və onlara yeni GLN xanası ayrılmalıdır 3.1.
■ Hüquqi şəxsin bölgüsü
□ Eyni GLN: bir hüquqi şəxs bir neçə hüquqi şəxsə bölündükdə, hüquqi şəxslərdən biri mövcud GLN-ni saxlaya bilər.
□ Yeni GLN: Digər hüquqi şəxslərə yeni GLN təyin edilməlidir.
- Nümunə: A Şirkəti (eyni GLN) B Şirkəti (yeni GLN) kimi fəaliyyət göstərən tamamilə xüsusi bir müəssisə yaratdıqda.
■ Funksiyaların bölgüsü
□ Eyni GLN: funksiya bir neçə funksiyaya bölündükdə, bu funksiyalardan biri orijinal GLN-i saxlaya bilər.
□ Yeni GLN: Digər funksiyalar yeni GLN tələb edir.
- Nümunə: Göndərmə / Təhvil alma (eyni GLN) Göndərmə (yeni GLN) və Təhvil alma (yeni GLN) funksiyalarına bölünür.
■ Fiziki məkan bölgüsü
□ Eyni GLN: bir fiziki məkan bir neçə fiziki məkana bölündükdə, bu fiziki məkanlardan biri orijinal GLN-i saxlaya bilər.
□ Yeni GLN: Digər fiziki məkanlara yeni GLN verilməlidir.
- Nümunə: Kənd təsərrüfatı fermasının torpaqları sahibi tərəfindən daha kiçik vahidlərə bölünə bilər (hüquqi şəxsin mülkiyyətində dəyişiklik və ya ünvan dəyişikliyi yoxdur, məsələn, 1 saylı marşrut və ya coğrafi yerləşmə məkanı).
- Nümunə:Bina sahibi ticarət sahəsini iki kiçik ölçülü məkana bölür.
■ Rəqəmsal məkan bölgüsü
□ Eyni GLN: bir rəqəmsal məkan bir neçə rəqəmsal məkana bölündükdə, rəqəmsal məkan orijinal hüquqi şəxsin tərkibində qalırsa və eyni əsas atributları saxlayırsa, bu rəqəmsal məkanlardan biri orijinal GLN-i saxlaya bilər.
□ Yeni GLN: Digər rəqəmsal məkanlara yeni GLN verilməlidir.
- Nümunə: Eyni məkanda mövcud mühitə paralel olaraq fəaliyyət üçün sınaq/iş məkanı yaradılan yerlərdə.
Müvafiq əsas təlimatlar
Bu cədvəl hüquqi şəxsi, funksiyanı, fiziki məkanı və rəqəmsal məkanı müəyyən edən GLN üçün tərəf və ya məkan bölgüsündən təsirlənmə ehtimalı yüksək olan əsas prinsipləri əks etdirir. Əsas prinsiplərə təsir edəcək unikal vəziyyətlər yarana bilər. Daha ətraflı məlumatın əldə edilməsi üçün 1.1bölməsinə baxın.
Şəkil 3‑2Tərəf/məkan bölgüsü üçün müvafiq əsas prinsiplər
| Maraqlı tərəf dəyişdirilmiş və ya yeni tərəfi/məkanı əvvəlki/cari tərəfdən/məkandan fərqləndirməlidirmi? | Maraqlı tərəfin məsuliyyətinin açıqlanması üçün normativ tələb varmı? | Bu tədarük zəncirinə əhəmiyyətli dərəcədə təsir göstərirmi? |
Hüquqi şəxs | BƏLİ | BƏLİ |
|
Funksiya | BƏLİ | BƏLİ |
|
Fiziki məkan* | BƏLİ | BƏLİ | BƏLİ |
Rəqəmsal məkan | BƏLİ | BƏLİ |
|
*Fiziki məkanları təyin edən GLN-lərin dayandırılması və ya əvəz edilməsi bütün mövcud GLN-nin genişləndirilmə komponentlərinə təsir edəcəkdir. Daha ətraflı məlumat üçün 2.3.1bölməsinə baxın.
Birləşmə, iki və ya daha çox tərəf/məkan vahid tərəfə/məkana birləşdirildikdə baş verir.
Bir tərəf və ya məkan başqası ilə birləşdikdə, onlar artıq müstəqil fəaliyyət göstərməyəcəklər, yalnız mövcud GLN-lərdən biri istifadədə qala bilər. Birləşdirilmiş bütün digər GLN-lər keçid tamamlandıqdan sonra aktiv istifadədən çıxarılacaq. Birləşmə GLN-ə təsir etmədikdə, şirkətə GS1 İstifadəçi Prefiksindən və ya fərdi lisenziyalı GLN-dən istifadə etmək səlahiyyəti verildiyi təqdirdə, mövcud GLN saxlanıla bilər.
■ Birləşən və ya əldə edilən(alınan) hüquqi şəxslər
□ Eyni GLN: İki və ya daha çox hüquqi şəxs birləşdirildikdə, hüquqi şəxsi müəyyən edən mövcud GLN-lərdən biri birləşdirilən qurumları müəyyən etmək üçün istifadədə qala bilər.
□ İstifadənin dayandırılması: Birləşdirilmiş digər qalan GLN-lər.
■ Funksiyaların birləşməsi
□ Eyni GLN: İki və ya daha çox funksiya birləşdirildikdə, funksiyanı müəyyən edən mövcud GLN-lərdən biri birləşdirilən funksiyaları müəyyən etmək üçün istifadədə qala bilər.
□ İstifadənin dayandırılması: Birləşdirilmiş digər qalan GLN-lər.
■ Fiziki məkanların birləşməsi
□ Eyni GLN: İki və ya daha çox fiziki məkan birləşdirildikdə, fiziki məkan müəyyən edən mövcud GLN-lərdən biri birləşdirilən fiziki məkanları müəyyən etmək üçün istifadədə qala bilər.
□ İstifadənin dayandırılması: Birləşdirilmiş digər qalan GLN-lər.
■ Rəqəmsal məkanların birləşməsi
□ Eyni GLN: İki və ya daha çox rəqəmsal məkan birləşdirildikdə, rəqəmsal məkan müəyyən edən mövcud GLN-lərdən biri ümumi rəqəmsal məkanı müəyyən etmək üçün istifadədə qala bilər.
□ İstifadənin dayandırılması: Birləşdirilmiş digər qalan GLN-lər.
Qeyd: GLN-lərin dayandırılması biznes tərəfdaşlarına BİLDİRİLMƏLİDİR.
Müvafiq əsas təlimatlar
Tərəf/məkan birləşməsi onun üçün yeni GLN-nin ayrılmasını tələb etmir.
İstifadə məqsədində dəyişiklik tərəfin/məkanın fəaliyyəti, məqsədi və ya funksionallığı dəyişəndə baş verir və nəticədə həmin tərəf/məkan ilə qarşılıqlı əlaqədə davamlı fərqlər yaranır.
Tərəfin və ya məkanın fəaliyyətində, məqsədində və ya funksionallığında əsas prinsiplərə təsir edən dəyişikliklər yeni GLN-in ayrılmasını tələb edir.
■ Hüquqi formada dəyişiklik
□ Yeni GLN: Hüquqi şəxsə əsas prinsiplərə təsir edən dəyişikliklər edildikdə, yeni GLN tələb oluna bilər. Yerli tələblər haqqında əlavə məlumat üçün yerli GS1 Üzv Təşkilatınız ilə əlaqə saxlayın.
□ Nümunə: Kanada Qeyri-kommersiya Korporasiyaları Aktına əsasən qeydiyyatdan keçmiş şirkət kommersiya korporasiyası olmağı seçir və Kanada Biznes Korporasiyaları Aktı çərçivəsində yenidən qeydiyyata alınır.
■ Funksiyanın məqsədində dəyişiklik
□ Yeni GLN:Funksiyanın məqsədində əsas prinsiplərə təsir edən dəyişikliklər edildikdə:
- Nümunə:Əgər soyuducu anbar artıq soyuq saxlama qabiliyyətinə malik deyilsə, yeni GLN ayrılmalıdır.
■ Fiziki məkanın istifadəsində dəyişiklik
□ Yeni GLN:Fiziki məkanda həyata keçirilən fəaliyyətlər və ya onun məqsədi əsas prinsiplərə təsir edəcək şəkildə dəyişdikdə, yeni GLN tələb olunur.
- Nümunə: Distribütor mərkəzi ofis sahəsinə çevrilir.
■ Rəqəmsal məkanın sistem məqsədində / əhatə dairəsində dəyişiklik
□ Yeni GLN:Rəqəmsal məkanın məqsədində və ya əhatə dairəsində əsas prinsiplərə təsir edəcək dəyişiklik edildikdə, yeni GLN tələb olunur.
- Nümunə:Əsas proqram yenilənməsi edildikdə, məsələn, fərqli satıcı təyin olunduqda və ya əsas təkmilləşdirmə edildikdə, GLN dəyişdiriləcək.
- Nümunə: A şirkəti EDI keçidləri üzrə sistemləri müəyyən etmək üçün GLN-lərdən istifadə edir. İstehsal, sınaq və təkmilləşdirmə mühitlərini ayırd etmək üçün ayrıca GLN-lərdən istifadə olunur.
□ Eyni GLN: Rəqəmsal məkanın məqsədində və ya əhatə dairəsindəki dəyişikliklər əsas prinsiplərə təsir etmirsə, GLN eyni qala bilər.
- Nümunə: Əsas prinsiplərə təsir etməyən proqram təminatı və/yaxud avadanlıq yeniləmələri baş verdikdə.
Müvafiq əsas təlimatlar
Bu cədvəl hüquqi şəxsi, funksiyanı, fiziki məkanı və rəqəmsal məkanı müəyyən edən GLN üçün tərəf və ya məkandan istifadəsindəki və ya məqsədindəki dəyişikliyin təsir göstərə biləcəyi əsas prinsipləri əks etdirir. Əsas prinsiplərə təsir edəcək unikal vəziyyətlər yarana bilər. Daha ətraflı məlumatın əldə edilməsi üçün 1.1bölməsinə baxın.
Şəkil 3‑3Tərəfin/məkanın istifadəsinin və ya məqsədinin dəyişdirilməsi üçün müvafiq əsas prinsiplər
| Maraqlı tərəf dəyişdirilmiş və ya yeni tərəfi/məkanı əvvəlki/cari tərəfdən/məkandan fərqləndirməlidirmi? | Maraqlı tərəfin məsuliyyətinin açıqlanması üçün normativ tələb varmı? | Bu tədarük zəncirinə əhəmiyyətli dərəcədə təsir göstərirmi? |
Hüquqi şəxs | BƏLİ | BƏLİ |
|
Funksiya | BƏLİ | BƏLİ |
|
Fiziki məkan* | BƏLİ | BƏLİ | BƏLİ |
Rəqəmsal məkan | BƏLİ | BƏLİ |
|
*Fiziki məkanları təyin edən GLN-lərin dayandırılması və ya əvəz edilməsi bütün mövcud GLN-nin genişləndirilmə komponentlərinə təsir edəcəkdir. Daha ətraflı məlumat üçün 2.3.1bölməsinə baxın.
Tərəfin/məkanın ünvanında dəyişiklik tərəflə/məkanla qarşılıqlı əlaqə üçün məkana istinad nöqtəsi dəyişdirildikdə baş verir. Bu, ünvana, koordinatlara, coğrafi sərhədə və ya digər məkan və istinad nöqtəsinə edilən dəyişiklik ola bilər.
Şəkil 3‑4 Ünvan dəyişikliklərinin icmalı 3.5bölməsində təqdim edilir.
Şəkil 3‑4 Tərəfin/məkanın ünvanının icmalında dəyişiklik
Əsas Mövzu | İstifadə Ssenarisi | Nümunə | Yeni GLN lazımdır? |
Fiziki məkanın ünvanında dəyişiklik Bölmə 3.5.1 | Fiziki məkan dəyişikliklərinin məkan istinadı | Pərakəndə satış mağazası 123 Main Street-dən 1023 Standards Drive-a köçür. | BƏLİ |
Fiziki məkanın ünvanında dəyişiklik Bölmə 3.5.1 | Fiziki dəyişiklik olmadan bələdiyyə ünvanının dəyişdirilməsi | Bələdiyyə küçənin adını dəyişir. Məkan fiziki olaraq heç bir halda yerini dəyişmir. | XEYR |
Rəqəmsal məkanın ünvanında dəyişiklik Bölmə 3.5.1 | Şəbəkə ünvanında dəyişiklik (GLN vasitəsilə əldə edilir) | URL keçid ünvanı https://api.example.com/mycojmpany/invoce-dan https://api.example.com/mycojmpany/xml-invoce-a dəyişdirilir. | BƏLİ |
Mobil məkan ünvanında dəyişiklik Bölmə 3.5.1.1 | GLN-nin əvvəlcədən təyin etdiyi mobil (səyyar) məkanın öz ünvanını dəyişəcəyi gözlənilir. | Ərzaq maşını mövsümə, günün vaxtına və yerli tədbirlərə görə məkanını dəyişir. | XEYR |
Hüquqi şəxsin yerdəyişməsi Bölmə 3.5.2 | GLN-nin məkanın müəyyən edilməsi üçün də istifadə EDİLMƏDİYİ hüquqi şəxsin yerdəyişməsi | Şirkət Nyu-Yorkdan Los-Angelesə köçür. Hüquqi şəxsi müəyyən edən GLN identifikasiya nömrəsi fiziki məkanı müəyyən etmir. | XEYR |
Funksiyanın yerdəyişməsi Bölmə 3.5.2 | GLN-nin istifadə EDİLMƏDİYİ funksiyanın əməliyyat məkanının (larının) dəyişdirilməsi, həmçinin məkanın müəyyən edilməsinə imkan verir | İnsan resursları şöbəsi Keyptaundan Yohannesburqa köçür. Funksiyanı müəyyən edən GLN identifikasiya nömrəsi fiziki məkanı müəyyən etmir. | XEYR |
Tərəf müxtəlif məkanlarda fəaliyyət göstərir. Bölmə 3.5.2 | Hüquqi şəxs və ya funksiya daim müxtəlif GLN-lər tərəfindən göstərilən bir neçə məkanlarda fəaliyyət göstərir. | Doğum şöbəsi ikinci mərtəbədə, B qanadında yerləşir, lakin bəzən C qanadında və D qanadındakı otaqlar da istifadə olunur. Hər qanadda doğum şöbəsinin identifikasiya nömrəsindən ayrı məkanı müəyyən edən unikal identifikasiya nömrəsinə malikdir. | XEYR |
3.5.1 Məkanın fiziki və rəqəmsal ünvanının dəyişdirilməsi
Rəhbər prinsiplərə təsir edən giriş nöqtəsinə, koordinatlara və ya digər məkan təsvirinə edilən dəyişikliklər yeni GLN-nin ayrılmasını tələb edir.
■ Fiziki məkanın dəyişdirilməsi
□ Yeni GLN: Fiziki məkanın giriş ünvanları dəyişdikdə.
- Nümunə: Başqa bir binaya köçdü
- Nümunə: Normativ aktlara uyğun olaraq dövlət orqanında qeydiyyatdan keçmək üçün fiziki məkan tələb olunur.
■ Fiziki dəyişiklik olmadan bələdiyyə ünvanının dəyişdirilməsi
□ Eyni GLN: Hakimiyyət orqanları fiziki məkanın ünvanını dəyişdirdikdə, lakin məkanın faktiki fiziki koordinatları dəyişməz qalır.
- Nümunə:Bələdiyyə küçələrə yeni adlar və nömrələr təyin edir. Bina fiziki olaraq eyni yerdə qalır, lakin onun giriş ünvanı və ya giriş qapısı dəyişir.
■ Şəbəkə ünvanının dəyişdirilməsi (GLN vasitəsilə çıxarılır)
□ Yeni GLN: Burada GLN şəbəkə ünvanını metadata anbarından çıxarılması üçün açar kimi istifadə olunur.
- Nümunə: URL giriş nöqtəsi https://api.example.com/mycojmpany/invoce-dan https://api.example.com/mycojmpany/xml-invoce-a dəyişir.
Müvafiq əsas təlimatlar
Bu cədvəl, hüquqi şəxsi, funksiyanı, fiziki məkanı və rəqəmsal məkanı identifiksiya edən GLN üçün iştirakçının ünvanının və ya məkanının dəyişdirilməsinə təsir edəcək rəhbər prinsipləri təqdim edir. Əsas prinsiplərə təsir edəcək unikal vəziyyətlər yarana bilər. Daha ətraflı məlumatın əldə edilməsi üçün 1.1bölməsinə baxın.
Şəkil3‑5 Məkanın fiziki və rəqəmsal ünvanının dəyişdiilməsi üçün müvafiq rəhbər prinsiplər
| Maraqlı tərəf dəyişdirilmiş və ya yeni tərəfi/məkanı əvvəlki/cari tərəfdən/məkandan fərqləndirməlidirmi? | Maraqlı tərəfin məsuliyyətinin açıqlanması üçün normativ tələb varmı? | Bu tədarük zəncirinə əhəmiyyətli dərəcədə təsir göstərirmi? |
Hüquqi şəxs |
|
|
|
Funksiya |
|
|
|
Fiziki məkan* | BƏLİ | BƏLİ | BƏLİ |
Rəqəmsal məkan | BƏLİ | BƏLİ |
|
*Fiziki məkanları təyin edən GLN-lərin dayandırılması və ya əvəz edilməsi bütün mövcud GLN-nin genişləndirilmə komponentlərinə təsir edəcəkdir. Daha ətraflı məlumat üçün 2.3.1bölməyə baxın.
3.5.1.1 Mobil məkanın istisnası
GLN mobil məkanı identifikasiya edən kimi işarələndirildikdə, ünvan, koordinat və ya digər məkanın təqdimatındakı dəyişikliklər yeni GLN-nin təyin edilməsini tələb etmir.
■ Mobil məkanların yerdəyişməsi
□ Eyni GLN: GLN-nin müxtəlif məkanlara hərəkət edə bilən mobil fiziki məkan kimi əvvəlcədən təyin olunduğu işarə
- Nümunə: Təcili yardım xəstələrin müalicə aldığı, aktivlərin saxlanıldığı və ticarət əşyalarının saxlanmalı olduğu yer kimi fəaliyyət göstərir.
- Nümunə: Ərzaq malları ilə olan yük maşını gün ərzində öz məkanını tez-tez dəyişir. Operator, icazə verilmiş ərazilərdə, çatdırılmanın həyata keçiriləcəyi yerlərdə və/və ya qida maşını ilə qarşılıqlı əlaqəni qurmaq istəyənlərin onu tapa biləcəkləri yerlərdə işlədiyinə dair sübutların təqdim edilməsini əhatə edə biləcək bir sıra səbəblərə görə məkanın izlənilməsi və onunla paylaşılması məcburiyyətində qala bilər.
- Nümunə: Gəmilər və təyyarələr kimi nəqliyyat vasitələri də malların təyinat yerləri ola bilər. Bu hallarda, belə növ məkanlar ən yaxşı şəkildə əsas identifikator kimi GLN ilə olan obyektlər kimi nəzərdən keçirilir. Nəqliyyat vasitələrinin sabit ünvanlara malik olmasalar da, GLN, nağd ödəniş kimi elektron ticarətin mövcud standartlarının asanlıqla uyğunlaşdırılmasına imkan verir.
3.5.2 Hüquqi şəxs və funksiyanın yerdəyişməsi
Hüquqi şəxs və ya funksiya ilə əlaqəli məkan(ların)ın dəyişdirilməsi yeni GLN-in təyin edilməsini tələb etmir.
■ Hüquqi şəxsin yerdəyişməsi
□ Eyni GLN: Fiziki məkanın təyin edilməsi üçün də istifadə olunmayan hüquqi şəxsi müəyyən edən GLN başqa ünvana məkanını dəyişdikdə, GLN eyni qala bilər.
- Nümunə: Şirkət Nyu-Yorkdan Los-Ancelesə köçür.
■ Funksiyanın əməliyyat məkanının (larının) dəyişdirilməsi
□ Eyni GLN: Fiziki məkanın təyin edilməsi üçün də istifadə olunmayan funksiynı müəyyən edən GLN başqa ünvana məkanını dəyişdikdə, GLN eyni qala bilər.
□ Eyni GLN: Müxtəlif məkanlarda davamlı olaraq yerinə yetirilən funksiyalar üçün GLN dəyişməz qala bilər.
- Nümunə: Doğum şöbəsi ikinci mərtəbədə, B qanadında yerləşir, lakin bəzən C qanadındakı palatalar da istifadə olunur.
Müvafiq rəhbər prinsiplər: Tərəflərin yerdəyişmələri ilə əlaqədar bir çox vəziyyətləri ehtiva edən rəhbər prinsiplərə təsir etməsə də, bəzi ssenarilərə təsir edə bilər. Daha ətraflı məlumatın əldə edilməsi üçün 1.1bölməsinə baxın.
Adın dəyişdirilməsi tərəfin/məkanın rəsmi adı yeniləndikdə baş verir.
Tərəfin adında və ya məkanında dəyişikliklər yeni GLN-nin təyin edilməsini tələb etmir.
■ Hüquqi adın dəyişməsi
□ Eyni GLN: Müəssisənin hüquqi adının dəyişdirilməsi GLN-nin dəyişdirilməsini tələb etmir.
- Nümunə: Şirkət özünün qanuni, rəsmi adını dəyişir
- Nümunə: Əvvəllər West Warehouse adlanan anbar Warehouse Alpha-ya yeniləndi
Qeyd: Adlara edilən dəyişikliklər adətən birləşmələr, satınalmalar, hüquqi bazanın dəyişiklikləri və ya bölünmələr kimi digər qaydalarda qeyd olunan dəyişikliklər nəticəsində baş verir.
Müvafiq rəhbər prinsiplər: Adların dəyişməsi ilə bağlı bir çox vəziyyətlər rəhbər prinsiplərə təsir göstərməsə də, müəyyən ssenarilər təsir göstərə bilər. Daha ətraflı məlumatın əldə edilməsi üçün 1.1bölməsinə baxın.
Maliyyə dəyişiklikləri biznes subyektləri arasında ödənişlərin işlənilməsi üçün zəruri olan məlumatların yenilənməsinə aiddir.
Tərəf və ya məkan ilə əlaqədar maliyyə məlumatlarına edilən dəyişikliklər yeni GLN-nin təyin edilməsini tələb etmir.
■ Hüquqi şəxsin VÖEN-ində dəyişiklik
□ Eyni GLN: hüquqi şəxsin VÖEN-i dəyişdikdə
- Nümunə: Hüquqi şəxsin ƏDV (əlavə dəyər vergisi) qeydiyyat nömrəsinin dəyişdirilməsi.
■ Maliyyə hesabı haqda məlumatların dəyişdirilməsi
□ Eyni GLN: Funksiya ilə əlaqədar maliyyə hesabı haqda məlumat dəyişdikdə.
- Nümunə: Bankın yönləndirmə nömrəsi dəyişdirildi
- Nümunə: GLN ilə əlaqəli maliyyə məlumatları silindi və yeni məlumatla əvəz edilmədi
Müvafiq rəhbər prinsiplər: Maliyyə dəyişiklikləri ilə bağlı bir çox vəziyyətlər rəhbər prinsiplərə təsir göstərməsə də, müəyyən ssenarilər təsir göstərə bilər. Daha ətraflı məlumatın əldə edilməsi üçün 1.1bölməsinə baxın.
Əlaqə məlumatında edilən dəyişiklik tərəflə/məkanla əlaqənin saxlanılmasına dair təfərrüatların yeniləmələrinə aiddir.
Tərəf və ya məkanla əlaqədar əlaqə məlumatlarına edilən dəyişikliklər yeni GLN-nin təyin edilməsini tələb etmir.
■ Hüquqi şəxsin əlaqə məlumatlarının dəyişdirilməsi
□ Eyni GLN: Hüquqi şəxsin əlaqə məlumatları (faktiki ünvanı, poçt ünvanı, telefon nömrəsi, e-poçt ünvanı və s.) dəyişdikdə
- Nümunə: Şirkətin baş idarəsinin elektron poçt ünvanının dəyişdirilməsi
■ Funksiyanın əlaqə məlumatlarının dəyişdirilməsi
□ Eyni GLN: Funksiyanın əlaqə məlumatları dəyişdirildikdə
- Nümunə: Hesablaşmalar üçün əsas əlaqələndirici şəxs kimi fəaliyyət göstərən mühasibatlıq şöbəsinin əməkdaşı şirkəti tərk etdi, buna görə də bütün müvafiq əlaqə məlumatları yeniləndi.
- Nümunə: Obyektlər/texniki xidmət üçün qəzalı hallarda əlaqə üçün telefon nömrəsinin dəyişdirilməsi
- Nümunə: GLN ilə müəyyən edilmiş sistemi dəstəkləyən e-poçt əlavə olunur
Müvafiq rəhbər prinsiplər: Əlaqə dəyişiklikləri ilə bağlı bir çox vəziyyətlər rəhbər prinsiplərə təsir göstərməsə də, müəyyən ssenarilər təsir göstərə bilər. Daha ətraflı məlumatın əldə edilməsi üçün 1.1bölməyə baxın.
Contributors, Change Log & Hüquqi İmtina
Contributors
Name |
Organisation |
Amber Walls (Chair) |
GS1 US |
John Terwilliger (Chair) |
Abbott |
Richard Price |
Plymouth Hospitals NHS Trust |
Sandie Wills |
Plymouth Hospitals NHS Trust |
Jeff Denton |
AmerisourceBergen Corporation |
Dominick Avello |
Chep |
David Beduh |
KraftHeinz |
Peggy Bourgoin |
UNILEVER FRANCE SAS |
Jeannette Di Iorio |
Catelli Corporation |
Jeanne Duckett |
Avery Dennison RFID |
Vera Feuerstein |
Nestlé |
Ben Gandy |
3M Healthcare |
Nils Haugen |
3M Healthcare |
Mark Hoyle |
Teleflex Inc. |
Ed Jesus |
Chep |
Akshay Koshti |
Robert Bosch GmbH |
Sonja Lukic |
Fresenius Kabi AG |
Joanne Metcalf |
Essity North America Inc |
Michael Moise |
Nestlé |
Rebecca Nichols |
The J.M. Smucker Company |
Kathy Ramos |
IPC/SUBWAY |
Edrian Sanchez |
Winkler Meats Ltd. |
Angela Silvestri |
Stryker |
Patrycja Stepniak |
Colgate-Palmolive |
Gina Tomassi |
PepsiCo, Inc. |
Mauricio Vazquez |
Colgate-Palmolive |
Hans von Steiger |
Pfizer |
MJ Wylie |
Johnson & Johnson |
Renato Zavattaro |
Inbev |
Stacie Sanders |
ARCOP, Inc (Arby's Supply Chain Co-op) |
Fredrik Holmström |
Systembolaget AB |
Nicolette Pratt |
Ahold (USA) |
Tamas Szuecs |
METRO Group |
Des Bowler |
Management For Technology Pty Ltd |
Johan den Engelse |
Frug I Com |
Ameer Ali |
AmerisourceBergen Corporation |
Amber Engebretson |
Chipotle Mexican Grill |
Sunday J Kerkula |
National Fortification Alliance of Liberia |
Scott Brown |
1WorldSync, Inc. |
Tania Ajdanlijska |
Eltrade LTD |
Dalibor Biscevic |
Business Technologies Ltd |
Dan Bromberg |
Quality Supply Chain Co-op, Inc |
Dawn Burtram |
Vizient, Inc. |
McKinley Campos |
HD Supply |
Patrick Chanez |
INEXTO SA |
Jay Crowley |
US Data Management, LLC (USDM) |
Christophe Devins |
Antares Vision |
Hadi Farhat |
IER |
Mark Harrison |
Milecastle Media Limited |
Jos Hebing |
Ketenstandaard Bouw en Installatie |
W. Carl Henshaw |
Vizient, Inc. |
Pekah Kleingeld |
Container Centralen A/S |
Ben Kothari |
Ampliflex inc |
Sean Lockhead |
Lockhead Consulting Group LLC |
Julie McGill |
FoodLogiQ |
Paul O'Sullivan |
EDI Plus Limited |
Biser Radoev |
Transpress Ltd |
Shawn Ricks |
Axway |
Harrij Schmeitz |
Foundation Fresh Upstream |
James Toland |
Axway |
Arjan Vonk |
Bunzl Continental Europe |
John Weatherby |
JDHW Consulting |
Makoto Akutagawa |
GS1 Japan |
Andrea Ausili |
GS1 Italy |
Adrian Bailey |
GS1 US |
Mahdi Barati |
GS1 Iran |
Xavier Barras |
GS1 France |
Mats Bjorkqvist |
GS1 Sweden |
Mads Blankenburg |
GS1 Denmark |
Loek Boortman |
GS1 Netherlands |
Tzveta Bratanova |
GS1 Bulgaria |
Madalena Centeno |
GS1 Portugal |
Anthony Chan |
GS1 Hong Kong, China |
Ben Clarke |
GS1 UK |
Luiz Costa |
GS1 Brasil |
Benjamin Couty |
GS1 France |
Clément Delaunay |
GS1 France |
Deniss Dobrovolskis |
GS1 Sweden |
Linden Eagles |
GS1 New Zealand |
Ahmed El Kalla |
GS1 Egypt |
Stefan Gathmann |
GS1 Ireland |
Jean-Christophe Gilbert |
GS1 France |
Vanessa Giulieri |
GS1 Italy |
Kevin Dean |
GS1 Canada |
Nicole Golestani |
GS1 Canada |
Juan Pablo Gomez Sepulveda |
GS1 Mexico |
Thierry Grumiaux |
GS1 France |
Gary Hartley |
GS1 New Zealand |
Sandra Hohenecker |
GS1 Germany |
Diana Ioan |
GS1 Romania |
Yoshihiko Iwasaki |
GS1 Japan |
Volkan Kavşak |
GS1 Germany |
Kelly Kell |
GS1 US |
Kimmo Keravuori |
GS1 Finland |
Mads Kibsgaard |
GS1 Denmark |
Dora Kit |
GS1 Hong Kong, China |
Catherine Koetz |
GS1 Australia |
Alexey Krotkov |
GS1 Russia |
Petri Leppänen |
GS1 Finland |
Ildikó Lieber |
GS1 Hungary |
Xiaoyan Liu |
GS1 China |
Osiris López Rojas |
GS1 Mexico |
Giuseppe Luscia |
GS1 Italy |
Ilka Machemer |
GS1 Germany |
Sally McKinley |
GS1 US |
Juan Carlos Molina |
GS1 Mexico |
Naoko Mori |
GS1 Japan |
Reiko Moritani |
GS1 Japan |
Elif Bilgehan Müftüoglu |
GS1 Turkey |
Alice Nguyen |
GS1 Vietnam |
Claudilena Oliveira |
GS1 Brasil |
Alessandra Parisi |
GS1 Brasil |
Sergio Pastrana |
GS1 Mexico |
Nicolas Pauvre |
GS1 France |
Antonio Piccinelli |
GS1 Brasil |
Sarina Pielaat |
GS1 Netherlands |
Aruna Ravikumar |
GS1 Australia |
Paul Reid |
GS1 UK |
Bonnie Ryan |
GS1 Australia |
Marcia Saba |
GS1 Brasil |
Branko Safaric |
GS1 Slovenia |
Sofía Salcedo |
GS1 Colombia |
Sunny Sanam |
GS1 Australia |
Sue Schmid |
GS1 Australia |
Eugen Sehorz |
GS1 Austria |
Elizabeth Sertl |
GS1 US |
Yuko Shimizu |
GS1 Japan |
Cesar Silvestre |
GS1 Mexico |
Hana Strahlová |
GS1 Czech Republic |
Katherine Tabares Vásquez |
GS1 Colombia |
Taishi Takaoka |
GS1 Japan |
Yordana Topalska |
GS1 Bulgaria |
Krisztina Vatai |
GS1 Hungary |
Frederieke Vlieg |
GS1 Netherlands |
Brian Wells |
GS1 US |
Stephan Wijnker |
GS1 Australia |
Fiona Wilson |
GS1 Australia |
Phil Archer |
GS1 Global Office |
Robert Beideman |
GS1 Global Office |
Enzo Blonk |
GS1 Global Office |
Daniel Clark |
GS1 Global Office |
Piergiorgio Licciardello |
GS1 Global Office |
Erik Major |
GS1 Global Office |
Timothy Marsh |
GS1 Global Office |
Maryam Mirza |
GS1 Global Office |
Neil Piper |
GS1 Global Office |
Craig Alan Repec |
GS1 Global Office |
Greg Rowe |
GS1 Global Office |
Jaco Voorspuij |
GS1 Global Office |
Log of Changes
Release |
Date of Change |
Changed By |
Summary of Change |
2.0 |
Jan 2016 |
C.Janssen |
WR 12-050 New major release of the GLN allocation rules |
2.0.1 |
Jan 2017 |
D.Buckley |
Errata, Section 4.3.1, ‘same GLN’ tick-box |
3.0 |
Jul 2021 |
A.Walls & N.Piper |
WR 20-180 New major release developed by the Global Location Number Modernisation Mission Specific Work Group |
3.0.1 |
Aug 2021 |
D.Buckley |
WR 21-444 errata |
3.0.2 |
Aug 2022 |
D.Buckley |
WR 22-252 errata (fix links in section 1.1) |
Hüquqi İmtina
GS1®, Əqli Mülkiyyət Siyasəti əsasında, GTIN üzrə İdarəetmə Normativini yaradan Fəaliyyət Qrupunun iştirakçılarından GS1 üzvlərinə Zəruri İddialara qarşı təmənnasız icazə sənədi və ya bərabər şərtlərə əsaslanaraq müvafiq icazə sənədini təqdim etmək barədə razılığa gəlməsini tələb etməklə əqli mülkiyyət ilə bağlı təzadı aradan qaldırmağa can atır. Bununla belə, müvafiq Tələblərin bir və daha artıq xüsusiyyətlərinin icra edilməsi ehtimalı Zəruri İddiaya daxil olmayan hər hansı patent və ya əqli mülkiyyət hüququnun predmeti ola bilər. Hər hansı patent və ya əqli mülkiyyət hüququ GS1-ə məxsus lisenziyalaşdırma öhdəlikləri daşımır. Eyni zamanda, GS1 Siyasəti əsasında icazə sənədlərinin təqdim edilməsi barədə verilən razılıq Fəaliyyət Qrupunun iştirakçıları olmayan üçüncü şəxslərin Əqli Mülkiyyət ilə bağlı hüquq və iddialarına şamil olunmur.
Müvafiq olaraq, GS1 Ümumi Tələblərə cavab vermək məqsədilə həyata keçirilən icra prosesini təkmilləşdirən təşkilata Ümumi Tələblər ilə bağlı şirkətin təkmilləşdirdiyi icra prosesini əhatə edə biləcək hər hansı patentlərin mövcud olub-olmamasını və patent və ya əqli mülkiyyət hüququ əsasında lisenziyanın zəruri olub-olmamasını müəyyənləşdirməli olduğu barədə tövsiyyə verir. Lisenziyanın zəruriliyi patent üzrə ekspertlər ilə məsləhətləşməklə təşkilat tərəfindən tərtib edilən xüsusi sistemin məlumatlarına uyğun olaraq müəyyənləşdirilməlidir.
Bu Sənəd Yüksək Tələbat, Əqli Mülkiyyətin Pozulması, Xüsusi Məqsədə uyğunluq ilə bağlı və ya müvafiq Ümumi Tələblər ilə bağlı hər hansı Zəmanət olmadan “Alqı-Satqı Əməliyyatlarını” təmin edir. Müvafiq məlumatın və ya bu sənədlə bağlı hər hansı məlumatın istifadə edilməsinə uyğun olaraq, GS1 bu Normativin tətbiq edilməsi və ya yanlış istifadə edilməsi ilə bağlı, xüsusi, dolayı və ya faktiki zərərlər üzrə heç bir öhdəlik daşımır.
GS1 və GS1 logotipi əmtəə nişanı kimi GS1 AISBL tərəfindən qeydiyyata alınıb.